9 C
Baku
Thursday, December 12, 2024

Dövlətin “Aqrarkredit”inin gəlirləri yüksəlsə də, “digər” xərclər xalis mənfəəti azaldıb

Dövlətin ən iri bank olmayan kredit təşkilatı (BOKT) “Aqrarkredit” QSC-nin  2022-ci ildə faiz gəlirlərini artırmasına və problemli kreditlərin geridönüşünə rəğmən, xalis mənfəəti azaldı.

Banker.az bu barədə BOKT-nin illik audit hesabatına istinad edir. Hesabatı “Nexia EA” audit şirkəti aparıb.

Hesabata görə, ötən il onun 17.09 mln. manat faizdən gəliri olub, bu illik 27 faiz artımdır. BOKT-nin 5.61 mln. manat problemli kreditlərin geridönüşündən daxilolması olub və bu onun xalis faiz gəlirini 22.53 mln. manata yüksəldib. Öncəki ildə xalis faiz gəliri 3.37 mln. manat olmuşdu.

Burada mənfəətə əsas təsir edən amil “digər” kimi göstərilir. Öncəki ildə 12.01 mln. manat “digər”lərdən gəlir əldə edilibsə, bu il bu rəqəm 11.74 mln. manat xərc olub. Audit hesabatının daha az vərəqlərdən olması, yəni “digər” gəlir və xərc dedikdə nə nəyin nəzərdə tutulması açıqlanmadığından bu xərcin təfərrüatına girə bilməyəcəyik.

İşçi, ümumi inzibati xərclərin nəzərdə tutulduğu əməliyyat xərclərinin həcmi 27 faiz artımla 6.33 mln. manata yüksəlib.

Beləliklə, “Aqrarkredit” BOKT 2022-ci ili cəmi 1.08 mln. manat xalis mənfəət əldə edib. Bu öncəki ildə 1.19 mln. manat idi.

BOKT-un aktivlərinin həcmi illik müqayisədə 0.74 faiz azalmaqla 12 milyard 8.19 mln. manata düşüb. Bunun da 11 mlrd. 593.98 mln. manatı Azərbaycan Beynəlxalq Bankının illər öncə BOKT-yə ötürülmüş aktivləridir.

Aqrar kredit AH 2022 az

Son xəbərlər
Digər xəbərlər