3 C
Baku
Monday, February 26, 2024

Dövr sona çatdı: Merkel öz səlahiyyətlərini ötürür

Xristian Demokratlar Birliyinin (XDB) Federal konqresi bu gün Hamburqda açılır. Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Bu konqresdə, 2000-ci ilin aprel ayından etibarən alman mühafizəkarlarına son 18 ildə rəhbərlik edən Angela Merkelin  varisi seçiləcək.

Angela Merkel oktyabr ayında istefaya getdiyini özü bildirib. Bununla yanaşı, Merkel, 2021-ci ildə başa çatan kansler vəzifəsində fəaliyyətini başa çatdırmaq niyyətində olduğunu söyləyib.

Adi bir xristian demokrat olduqdan sonra, Angela Merkel siyasi sahədə əhəmiyyətli dərəcədə zəifləmişdir. Bununla belə, AFR-ə hələ  üç il müddətində rəhbərlik etmək üçün, onun bir çox maneələri dəf etməsi lazımdır. Analitiklərin fikrincə, Merkelin kansler vəzifəsindən vaxtından əvvəl çıxması olduqca ehtimal olunan bir ssenaridir.

Gözlənildiyi kimi, XDB seçkiləri konqresin ilk günündə – cümə günü keçiriləcək. Nəticələr artıq  saat 17:00-da (Bakı vaxtı ilə 20:00-da) məlum olacaq. Almaniyada seçkilər gizli səsvermə yolu ilə keçirilir və mütləq səs çoxluğunu qazanan namizəd qalib gəlir. Birinci turda bu baş tutmasa, ikinci tur təşkil ediləcək ki, burada  birinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.

Rəsmi olaraq, XDB sədrliyinə üç nəfər öz namizədliyini irəli sürüb. Bu, XDB-nın Baş katibi Annegret Kramp-Karrenbauer, mühafizəkar parlament fraksiyasının keçmiş rəhbəri Fridrix Merç və Almaniya Federativ Respublikasının Səhiyyə Naziri Yens Şpandır.

Kramp-Karrenbauerin əsas rəqibi olan Fridrix Merç, 63 yaşındadır. Siyasətdə o, yeni deyil – 2009-cu ildə Angela Merkel onu  partiya lideri vəzifəsindən sıxışdırdıqdan sonra, o, bizneslə məşğul olmağa başladı və uğurlu sahibkar oldu. O, Angela Merkeldən intiqam almaq  məqsədi ilə böyük siyasətə qayıtmadığını bildirib. Ancaq analitiklərin əksəriyyəti hesab edirlər ki, Fridrix Merç seçkilərdə qalib gəldiyi halda, Merkelin 2021-ci ilədək hökumət başçısı kimi öz mövqeyini saxlaya biləcəyinə inanmırlar.

Son xəbərlər
Digər xəbərlər