“Dow Jones” və “S&P 500” indeksləri tarixi maksimumu yeniləyib

“Dow Jones” və “S&P 500” indeksləri tarix boyu ən yüksək səviyyələrə çatıb.

Bu, bankların müsbət hesabatları fonunda baş verib.

Belə ki, “Dow Jones Industrial Average” 1 % artaraq 42 863,86 bəndə, “S&P 500” 0,6 % artaraq 5 815,03 bəndə, “Nasdaq Composite” isə 0,3 % artaraq 18 342,94 bəndə çatıb.

“JPMorgan Chase” bankının səhmləri gözləntiləri üstələyən mənfəət hesabatının dərc edilməsindən sonra 4 % artıb. Eyni zamanda, “Tesla”nın səhmləri İlon Mask sürücüsüz taksi təqdim etdikdən sonra 8,7 % ucuzlaşıb.

Xatırladaq ki, “Dow Jones” ABŞ səhm bazarının ilk indikatorudur. O, ABŞ-ın 30 iri sənaye şirkətinin məlumatlarını əhatə edir.

“S&P 500” indeksinə informasiya texnologiyaları (İT), energetika, səhiyyə, maliyyə, kommunal xidmətlər, sənaye və telekommunikasiya sahələrini təmsil edən ABŞ-ın 500-ə yaxın şirkəti daxildir. İndeks demək olar ki, müxtəlif dərəcələrdə istehsal və xidmət sahələrinin hamısını əhatə edir. Üstəlik, onun böyük hissəsini İT şirkətləri təşkil edir.

Mənbəreport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər