23 C
Baku
Saturday, April 27, 2024

Dress-koda riayət edirik

Bəzi hallarda dress-cod olduqca vacibdir, ona görə də dəvətnamələrdə nə yazıldığını oxumağı öyrənin!

Business Traditional (Btr)

Səbəb: şirkət tərəfdaşları ilə danışıqlar

İşgüzar tərzdə olan şalvarlı ya da jaketli don (libas)-futlyar seç və sevin ki, bu Business Best (Bb) deyil: çünki burada boz, tünd göy və ya bej rəngli kostyum, ağ köynək, ət rəngli uzunboğaz corablar (kalqotkalar) və hündürlüyü 3-5 sm olan dikdaban ayaqqabılar mütləqdir.

Semi-formal

Səbəb –korporativ banket

Çox da uzun olmayan kokteyl don. Qiymətli metallardan bəzək əşyaları – və ya dizayner bijuteriyası. Rəngləri uğun gəlməyən çanta və ayaqqabı da heç kəsdə sual doğurmayacaq.

After 5 сocktail

Səbəb: sərginin və ya butikin açılışı

Qısa kokteyl don – ən yaxşı variantdır. Həmçinin ətək və topik köynəkdən ibarət komplekt və ya gözəl şalvar kostyumu da uyğun gələ bilər. Tədbirin məqsədindən asılı olaraq, həm klassik, həm də qeyri adı geyim, hətta kəskin dəbə uyğun variant seçmək olar. Əlbəttə ki, hündür dikdaban ayaqqabıları da unutmayın.

After 5 casual

Səbəb: İşgüzar təqdimat və ya furşet

İşgüzar kostyumda və ya istənilən uzunluqda bir don geyinmək olar, amma sürünən olmasın. Iri boyunbağı və ya üzüklər, uzun sırğalar, həcmli qolbağılar taxmaq yol veriləndir. Amma aksessuarların cəm sayı 3-dən çox olmalı deyil. Makiajda da aksent etmək mümkündür, məsələn dodaqları tünd və ya parlaq bir pomada ilə vurğulaya bilərsiniz.

Black Tie Optional

Səbəb: bahalı restoranda ziyafət

Dizə qədər uzunluqda kokteyl don, donun rəng çalarına uyğun ayaqqabı ilə tamamlanarsa çox gözəl olar və balaca ziyafət çantası (zərxaradan və ya ipəkdən). Məxmər, atlas, krujeva və ipəkdən tikilmiş libaslara üstünlük verilir. Geyindiyiniz kalqotkalar nazik, şəffaf rəsmsiz olmalıdır. Qara kalqotkalar qadağandır.

Black Tie

Səbəb: teatr premyerası və rəsmi gecə ziyafəti

Uzunluğu dizdən aşağı olan kokteyl və ya topuğa qədər olan ziyafət libası geyinirik. Bəzək əşyaları mütləqdir – bu zərgərlik əşyası və ya bahalı bijuteriya da ola bilər, həmçinin yarım bahalı daşlar və tanınmış müəllif əl işlərindən də yararlana bilərsiniz.

White Tie

Səbəb: səfirin qəbulu və ya dövlət mükafatı ilə təltif olunma

Burada topuğa qədər və hətta maksimal uzunluqda libaslar yerinə düşür, üzərinizə xəz çiyinlik də ata bilərsiniz (amma məcburi deyil). Bəzək əşyaları bahalı daşlardan olmalıdır. Saçlar isə hündür saç düşümünə yığılmalıdır.

Bunlar vacibdir:

Dəvətnaməyə mütləq cavab vermək lazımdır, hətta siz tədbirdə iştirak etməyəcəyiniz halda belə.

Əgər dəvətnamədə S.t. (sine tempore – dəqiq vaxtında) qeydi varsa gecikmək olmaz.. Əgər C.t. (cum tempore –akademik gecikmə) qısaltması verilibsə, onda 15 dəqiqədən çox olmamaq şərti ilə gecikmək olar.

Əgər dəvətnamədə başqa bır qeyd yoxdursa və neçə nəfərin gəlməsi barədə məlumat verilməyibsə, tədbirə tək getmək lazımdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər