10 C
Baku
Friday, December 13, 2024

DSK: Naxçıvan şəhərində cəmi 94 işsiz var

2023-cü il iyun ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 250.1 min nəfər olmuş, onların 32.5 faizini qadınlar təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 402.6 manat olub.

Ölkədə ən çox işsiz şəxslər Bakı (49 min nəfər), Qarabağ iqtisadi rayonu (31 421 nəfər), Lənkəran-Astara iqtisadi rayonu (21 660 nəfər), Şəki-Zaqatala iqtisadi rayonundadır. (20 005 nəfər)

Ən az işsiz isə cəmi 94 nəfər olmaqla Naxçıvan şəhərində, 80 nəfər Babək rayonunda, 45 nəfər Culfa rayonunda, 37 nəfər olmaqla Sədərək rayonunda, 24 nəfər Şahbuz rayonundadır.

Son xəbərlər
Digər xəbərlər