27 C
Baku
Saturday, July 27, 2024

DSK: Ölkədə adambaşına günlük ərzağa 4,4 manat xərc çəkilir

Azərbaycanda 2020-ci ilin yanvar ayında əhali 1 milyard 378,2 milyon manatlıq ərzaq məhsullarına xərcləyib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin  2020-ci ilin yanvarına olan pərakəndə dövriyyəsi ilə bağlı statistikasına istinadən bu qənaətə gəlir.

Ölkənin hazırkı demoqrafik vəziyyətini nəzərə alsaq gün ərzində 1 nəfərin ortalama 4,42 manatlıq ərzağa pul xərclədiyi məlum olur. DSK-nin ötən ilin eyni dövrü üzrə hesabatında hər nəfər üzrə əhali ortalama 4,15 manat həcmində ərzağa pul xərcləmişdi.

Xatırladaq ki, ötən ilin yanvarında ölkə üzrə ərzağa 1 milyard 283,1 milyon manatlıq pul xərcləmişdilər, bu isə illik 2,9% artım olması deməkdir.

Son xəbərlər
Digər xəbərlər