-3 C
Baku
Sunday, December 15, 2024

DSMF-nin büdcəsi 350 milyon manat artırıldı

Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019- cu il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

Banker.az xəbər verir ki, məsələ barədə məlumat verən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, sözügedən orqanının büdcəsinin xərcləri daha 350 milyon manat artırılır.

Onun sözlərinə görə, bu isə qarşıya qoyulan əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, növbəti ildə orta aylıq əməkhaqqının 6.7 faiz artması nəticəsində əmək pensiyalarının artımında da indeksiyası nəzərdə tutulub və bu məqsədlə büdcədənəlavə vəsait ayrılacaq.

Nazir deyib ki. əlillik dərəcələri, reablitasiya, ümumiyyətlə bu sahədə olan problemlərin həlli, həmçinin uşaqlara verilən müavinətləin artırlması ilə bağlı xüsusi konsepsiya hazırlanır. “Həmin konsepsiyalar növbəti ildə hazır olacaq”,- nazir bildirib.

Son xəbərlər
Digər xəbərlər