Bu ilin 7 ayında DSMF-nin xərcləri 15 faiz və ya 460 mln. manat artaraq 3 mlrd. 513 mln. manat təşkil edib.
Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadən xəbər verir.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 7 faiz və ya 243 mln. manat çox olmaqla 3 mlrd. 848 mln. manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-iyul aylarında proqnoza nisbətən 9 faiz və ya 243 mln. manat artaraq 2 mlrd. 985 mln. manat olub.
Həmin dövrdə DSMF-nin xərcləri 3 mlrd. 513 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 460 mln. manat çoxdur.