DSMF ofis və arxiv icarəsinə 1.4 milyon manata yaxın vəsait ayırır

Dövlət Sosial Müdafiə Fondu (DSMF) ofis və arxiv sahələrinin icarəsi ilə bağlı irihəcmli tender elan edib.

Banker.az xəbər verir ki, DSMF tərəfindən keçirilən tender müsabiqəsinin ehtimal olunan qiyməti 1 372  920 manat təşkil edir.

Müsabiqə şərtlərinə əsasən, fond Layihələrin idarə olunması, Fərdi uçota nəzarət və Sosial sığorta departamentləri, eləcə də Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (SÖTMF) üçün ofis sahəsinin və binanın daxilində arxiv sahəsinin icarəsi xidmətlərini satın almağı planlaşdırır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər