DSMF ofis və arxiv sahələrinin icarəsinə 4.2 milyon manat xərcləyəcək

Dövlət Sosial Müdafiə Fondu ofis və arxiv sahələrinin icarəsi üçün ümumilikdə 4,2 milyon manatdan çox vəsait ayırmağı planlaşdırır.

Qurum tərəfindən elan edilən satınalmalardan biri Layihələrin idarə olunması, Fərdi uçota nəzarət və Sosial sığorta departamentləri, eləcə də SÖTMF üçün ofis və arxiv sahəsinin icarəsini əhatə edir. Bu xidmət üzrə ehtimal olunan qiymət 1 milyon 373 min manat müəyyən edilib.

Digər satınalma isə Dövlət Sosial Müdafiə Fondunun Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsinə aiddir. Həmin xidmətin ehtimal olunan dəyəri 2 milyon 848 min manat təşkil edir.

Beləliklə, hər iki satınalma üzrə nəzərdə tutulan ümumi məbləğ 4 milyon 221 min manata çatır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər