23 C
Baku
Friday, April 19, 2024

DSMF publik hüquqi şəxs kimi ilk dəfə maliyyə hesabatını açıqladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) publik hüquqi şəxsə çevrildiyi 2020-ci ilin (ilk) maliyyə hesabatını açıqlayıb.

Banker.az xəbər verir ki, Fond ili 37 806 635 manat mənfəətlə başa vurub. Fondun Məcburi Dövlət Sığorta haqları 3 565 343 874 manat, əhaliyə ödənişlərlə bağlı xərclər  (pensiya və müavinətlər) 4 586 953924 manat təşkil edib.

2021-ci il yanvarın 1-nə DSMF-nin aktivləri 2 719 659 622 manat olub ki, bu da illik müqayisədə 66% çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 50% artaraq 32 237 008 manata, balans kapitalı isə 66 % artaraq 2 687 422 614 milyon manata çatıb.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun nizamnamə kapitalı 5 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər