15 C
Baku
Thursday, March 28, 2024

Dubay-Bakı aviareysi ilə 70 “iPhoneX” gətirmək istəyən şəxs saxlanıldı – Komitə bildirir

Dubay-Bakı aviareysi ilə gələn 2 nəfər Azərbaycan vətəndaşı əlbir olaraq 70 ədəd “İPhone X” markalı mobil telefonları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirməyə cəhd göstərib.

Dövlət Gömrük Komitəsindən Banker.az-a verilən məlumata görə, həmin şəxslər telefonların qablaşdırıldığı 4 ədəd polietilen paketi gəliş zalında gizlədərək gömrük zonasından keçirməyə çalışsalar da Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində qaçaqmalçılıq predmetləri aşkar edilib.

Aşkar edilən paketlərə qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib və 4 ədəd polietilen paketdə ümumilikdə 70 ədəd “İphone X 64 GB”, “İphone X 256 GB” markalı mobil telefonların olduğu müəyyən edilib.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin sərnişinlərlə əlbir olan daha iki nəfər araşdırma məqsədilə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Digər xəbərlər