6 C
Baku
Sunday, December 15, 2024

Duma Rusiyanın START müqaviləsində iştirakını dayandırması barədə qanunu qəbul edib – Yenilənib

17:10

Federasiya Şurası Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində iştirakının dayandırılması haqqında qanunu təsdiqləyib.

Rusiya Prezidenti Vladimir Putin tərəfindən parlamentin aşağı palatasına təqdim olunan müvafiq qanun layihəsi Federasiya Şurasının bu gün keçirilən iclasında baxılıb və qanun təsdiq olunub.

Qanun layihəsi daha sonra imzalanmaq üçün Rusiya prezidentinə göndəriləcək.

Qeyd edək ki, dünən Putin Federal Məclisə müraciətində Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində iştirakını dayandırdığını açıqlayıb. O, ölkəsinin bu müqavilədən çıxmadığını, sadəcə iştirakını dayandırdığını bildirib.


13:28

Hər şey Qərbin mövqeyindən asılı olacaq. Vəziyyət onda dəyişəcək ki, nə vaxt onlar bizim narahatlığımızı diqqətə alacaqlar.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Strateji Hücum Silahlarının azaldılması Müqaviləsində (START) iştirakı ilə bağlı qərara yenidən hansı şərtlərlə baxılması haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, Rusiya üçün öz təhlükəsizliyi ötrü hər şeyi etmək, rəqiblərinin normal dialoq üçün yetişməsinə qədər səbr etmək vacibdir:“ Rusiyanın “START”da iştirakını dayandırması ilə bağlı qərarına Qərbin ilk reaksiyası hələlik danışıqlara ümid etmək imkanı vermir”, deyə Kremlin sözçüsü vurğulayıb.


13:28

Qərbli rəqiblərimiz qlobal təhlükəsizlik sisteminin məhvinə görə məsuliyyəti dərk edib ağılları başlarına gəlsə, Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində (START) iştirakını dayandırmaq qərarına yenidən baxıla bilər.

Bunu Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski bildirib .

“Bir daha diqqətinizi çəkirəm: Rusiya müqavilədən çıxmır, biz iştirakımızı dayandırırıq. Qərar geri qaytarıla bilən xarakteri daşıyır. Qərbli rəqiblərimizin ağılları başlarına gəlsə, və qlobal təhlükəsizlik sisteminin məhvinə görə məsuliyyətlərini dərk etsələr, bu qərara yenidən baxıla bilər”, – deyə rusiyalı parlamentari vurğulayıb.

Qeyd edək ki, bu gün Dövlət Duması Rusiyanın START Müqaviləsində iştirakını dayandırması barədə qanun qəbul edib.


13:03

Dövlət Duması Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində (START) iştirakının dayandırılması haqqında qanun qəbul edib.

Rusiya Prezidenti Vladimir Putin tərəfindən parlamentin aşağı palatasına təqdim olunan müvafiq qanun layihəsinə baxılıb və qanun qəbul olunub.

Qeyd edək ki, dünən Putin Federal Məclisə müraciətində Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində iştirakını dayandırdığını açıqlayıb. O, ölkəsinin bu müqavilədən çıxmadığını, sadəcə iştirakını dayandırdığını bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər