“Finbold” tədqiqat şirkətinin məlumatına görə, qlobal bank sektorunun bazar kapitallaşması cəmi 12 ayda – keçən ilin ikinci rübündən bu ilin ikinci rübünə qədər 39.62% artıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hesablamalar göstərir ki, həcm 2.1 trilyon avro, 5.3 trilyon avrodan 7.4 trilyon avroya yüksəlib. Üçüncü rübdə koronavirus məhdudiyyətləri aradan qaldırıldığı dövrdə kapitallaşma bir qədər azalsa da, dördüncü rübdə yenindən 17.3% artıb.
“Finbold” qeyd edir ki, dünya bank sektorunun ümumi bazar kapitallaşması keçən ilin birinci rübünün sonunda 4.9 trilyon avroya çatıb. Onun ardınca Çin, Avropa və Amerikanın bir çox ölkələri karantin və korrupsiya əleyhinə tədbirlər tətbiq edib ki, bu da bütün dünyada iqtisadi fəaliyyətin yavaşlamasına səbəb olub.
Kapitallaşmanın artması koronavirus məhdudiyyətlərinin tədricən yumşaldılmasından sonra iqtisadi canlanma səbəbindən baş verib. Qərbi Avropa bankları arasında bu göstəricilərə görə İspaniya liderlik edir – cari ilin ikinci rübündə bu ölkənin ümumi səhmdar mənfəəti 19.7% artıb. İkinci yeri Fransa (13.8%), üçüncü yeri isə daha bir İspaniya bankı tutur (12.1%). Böyük Britaniyanın “Barclays” bankının göstəriciləri bir qədər aşağı olub – 8%.