9 C
Baku
Thursday, December 12, 2024

Dünya bankı: “Əgər Azərbaycan tərəfi müraciət edərsə, biz ona yardım ayıra bilərik”

“Dünya Bankı (WB) koronavirusun (COVID 19) yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycana kredit ayırmağa hazırdır”.

Bunu Bankın Bakı ofisindən bildiriblər.

WB-dən bildirilib ki, Bank həmçinin öz təcrübə, bilik və bacarıqlarını da texniki yardım formasında Azərbaycanla bölüşə bilər: “Əgər Azərbaycan tərəfi müraciət edərsə, biz ona yardım ayıra bilərik. Məsələnin həssaslığını nəzərə alaraq ayrılan kreditin Direktorlar Şurasına çıxmadan region üzrə cavabdeh vitse-prezidentin imzası ilə tezləşməsinə nail olmaq mümkündür”.

Qeyd edək ki, Dünya Bankının Azərbaycanın da daxil olduğu Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti vəzifəsini Siril Müller (Cyril Muller) icra edir.

Xatırladaq ki, WB koronavirusla əlaqədar olaraq, 14 milyard ABŞ dolları dəyərində maliyyə fondu ayırıb. Məlumata görə, bununla da Dünya Bankının törəmə təşkilatı – Beynəlxalq Maliyyə Korporasiyası (IFC) özəl şirkətlərə və onların işçilərinə dəstək olmaq üçün ümumilikdə 8 milyard ABŞ dolları məbləğində maliyyəyə sahib olub

©Report

Son xəbərlər
Digər xəbərlər