-3 C
Baku
Wednesday, February 28, 2024

Dünya Bankı: Azərbaycanın sərhədlərarası su mənbələrindən asılılığı artacaq

Azərbaycanın sərhədlərarası su mənbələrindən asılılığı artacaq.

Bu barədə Dünya Bankının “Azərbaycanın İqliminə və İnkişafına dair Hesabat”da qeyd olunub.

Hesabatda xüsusi olaraq vurğulanıb ki, ölkənin sərhədlərarası su mənbələrindən asılılığı ilə əlaqədar kəskinləşən qaçılmaz su təhlükəsizliyi riskləri mövcud sektoral problemləri dərinləşdirir: “Azərbaycan artıq ümumi su ehtiyyatlarının daimi kəsiri ilə üzləşir. Su qıtlığının bütün əkin sahələrində daha da artacağı proqnozlaşdırılır”.

“Azərbaycanın səthi su axınının 50-70 faizə qədəri ölkəyə qonşu dövlətlərdən daxil olur. Həmin dövlətlərin özlərinin də eynilə suya əlavə tələbatları yaranacaq və öz ərazilərində su ehtiyyatlarının azalması problemi ilə üzləşəcəklər”, – deyə hesabatda qeyd olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər