Dünya Bankı (WB) bu il Azərbaycan iqtisadiyyatının 1,9%, gələn il isə 4,5% artacağını proqnozlaşdırır.
Bu barədə qurumun hesabatında bildirilir.
Sənəddə həmçinin 2020-ci ildə Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz regionunda 2,5% iqtisadi artım olacağı qeyd olunub: “Bu artım koronavirus (COVID-19) pandemiyasının zəifləməsi, Qarabağ münaqişəsinijn həlli, istehlakçı və işgüzar inamın artması, həmçinin turizm sektorunun tədricən bərbası hesabına təmin olunacaq.
Neft qiymətləri sabitləşdikcə, iqtisadiyyat investisiya və yenidənqurma xərclərindən bəhrələndikcə Azərbaycanda iqtisadi fəaliyyətin genişlənəcəyi gözlənilir. Bundan başqa, Ermənistanla Azərbaycan arasındakı sülh bəyanatının bölgədəki geosiyasi gərginliyi azaltmağa kömək edəcəyi gözlənilir”.