28 C
Baku
Saturday, July 27, 2024

Dünya Bankı Bakıdan Astaraya qədər dəmir yolu xəttinin genişləndirilməsini maliyyələşdirməyə razılıq verib

“Dünya Bankı Şimal-Cənub dəmir yolu nəqliyyatı dəhlizinin Bakı şəhərindən Astara rayonuna qədər olan hissəsinin inşasını maliyyələşdirməyə razılıq verib”.

Bunu Report agentliyinə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Bu dəhlizdə ümumilikdə 543 km yoldan söhbət gedir. Dünya Bankı bu layihənin maliyyələşdirilməsində tək iştirak etmək istəmir və başqa maliyyə institutlarını da cəlb etmək niyyətindədir”, – deyə qeyd edib.

Qeyd edək ki, bu layihənin hesabına 243 km-lik dəmir yolu xətti genişləndiriləcək və ikixətli olacaq. 

Son xəbərlər
Digər xəbərlər