Dünya Bankı Gürcüstana koronavirusla mübarizə məqsədi ilə 34.5 milyon dollar ayırıb

Dünya Bankı Gürcüstana yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinsiya prosesini gücləndirmək məqsədi ilə əlavə 34.5 milyon ABŞ dolları ayırıb.

Bu barədə məlumatı Dünya Bankı yayıb.

Bildirilib ki, maliyyə vəsaitinin ayrılmasında məqsəd Gürcüstan hökumətinin 2021-ci ilin sonunadək əhalinin 60 faizinin peyvəndlənməsi planını dəstəkləməkdir.

Qeyd edək ki, Dünya Bankı daha əvvəl 2020-ci ilin martında Gürcüstana pandemiya ilə mübarizə çərçivəsində 80 milyon dollar ayırıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.