19 C
Baku
Saturday, May 25, 2024

Dünya Bankı: İdxala qoyulan məhdudiyyətlər qlobal buğda qiymətlərini 9% artırıb

Buğda ixracına 22 ölkənin məhdudiyyətlər tətbiq etməsi taxıl qiymətini iyunun əvvəlinə 9% artırıb.

Bu barədə Dünya Bankının (DB) araşdırmasında bildirilib.

Məlumata görə, əsas istehsalçı ölkələrdə əlverişsiz hava şəraiti, COVID-19-un səbəb olduğu tənəzzüldən sonra sürətli iqtisadiyyatların bərpası, enerji və gübrələrin qiymətini artırıb. Bununla yanaşı, Ukraynadakı müharibə buğda qiymətlərindəki artımı sürətləndirib.

Belə ki, müharibə dünyanın ən böyük ərzaq tədarükçülərindən biri olan Ukraynadan yüklərin daşınmasını ciddi şəkildə pozub. Qeyd olunub ki, mart ayından etibarən dünyanın ikinci ən böyük buğda ixracatçısı olan Rusiya buğda və digər taxılların ixracına müvəqqəti qadağa qoyub. Daha sonra Qazaxıstan və Türkiyə yeni məhdudiyyətlər tətbiq etməyə başlayıb. Ümumilikdə tətbiq edilən məhdudiyyətlər dünya taxıl ticarətinin 21 faizini əhatə edib.

“Ticarət məhdudiyyətlərindən ən çox zərər çəkən Afrika, Asiya, Latın Amerikası və Yaxın Şərqin inkişaf etməkdə olan ölkələri olub. DB-dən bildirilib ki, Banqladeşin istehlak etdiyi buğdanın 41%-ni, Konqo Respublikası 67%-ni, Livan üçün isə 86%-ni idxal edir. Yaxın dövrdə alternativ təchizatçıların olmaması və artan qiymətlər idxaldan kəskin asılı olan bu ölkələrin əhalisi üçün ciddi çətinliklər yarada bilər”, – deyə DB araşdırmasında qeyd edilib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər