Dünyadakı təxminən 60 milyon insan koronavirus pandemiyası səbəbindən yoxsullaşa bilər. Banker.az xəbər verir ki, bu barədə Dünya Bankının prezidenti Devid Melpas keçirilən telekonfrans zamanı bildirib.
“Hesab edirik ki, koronavirus 60 milyona qədər insanın yoxsullaşmasına səbəb ola bilər, bu isə həmin problemlər mübarizədəki əldə etdiyimiz irəliləyişləri məhv edəcək”, – Melpas bildirir.
Onun sözlərinə görə, Dünya Bankı pandemiya ilə mübarizədə təxminən 100 ölkəyə yardım edib və bu, dünya əhalisinin 70% deməkdir. Qeyd edildiyi kimi, yaxın 15 ayda bank inkişaf etməkdə olan ölkələrə qrantlar, kreditlər və investisiyalar şəklində daha 160 milyard dollar yardım etmək niyyətindədir.
Melpas həmçinin donor ölkələri “Böyük iyirmilik” təşkilatının yoxsul ölkələrə yardım etmək təşəbbüsünə qoşulmağa çağırıb.
Xatırladaq ki, daha əvvəl BMT öz məruzəsində koronavirus səbəbindən 2020-ci ildə təxminən 195 milyon insanın işsiz olacağını proqnozlaşdırmışdır. Təşkilatın verdiyi məlumata görə, ən çox kiçik və orta müəssisələr, miqrantlar və qaçqınlar zərər çəkəcək.