Dünya Bankı 2020-2022-ci illərdə qlobal iqtisadi artımın 0,1% təşkil edəcəyini proqnozlaşdırıb.
Banker.az xəbər verir ki, bu barədə bankın çərşənbə günü dərc etdiyi hesabatda deyilir.
Qlobal iqtisadiyyatın perspektivliyinə dair hesabat “İqtisadi böyümənin aşağı templəri, siyasi problemlər” adını alıb. Onun göstəricilərinə görə, 2020-ci ildə iqtisadiyyat 2,5% (2019-cu ildə 2,4%), 2021-ci ildə 2,6%, 2022-ci ildə isə 2,7%-dək artacaq. Xatırladaq ki, Dünya Bankının iyun ayı proqnozu yüksək artım templərini vəd etmişdir: 2020-ci ildə 2,7%, 2021-ci ildə 2,8%.
İnkişaf etmiş iqtisadiyyatlar qrupuna daxil olan ölkələrdə artım 1,4%-dək azalacaq (2019-cu ildə 1,6%). İqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə qlobal iqtisadi artım 3,5%-dan 4,1%-dək yüksələcək.
Dünya iqtisadiyyatının artım tempinin əsas risklərinə daxildir: ticarət sahəsində gərginliyin artması, böyük ölkələrin iqtisadiyyatlarında azalma və inkişaf etməkdə olan ölkələrdə maliyyə sarsıntıları.
Hesabatın müəllifləri qeyd edirlər ki, iqtisadi artım tempinin bərpa edilməsi dünyadakı yoxsulluğun qarşısını almağa imkan verməyəcəkdir, çünki adambaşına düşən istehsal artımı “orta göstəricilərdən aşağı olacaq”.