14 C
Baku
Thursday, May 2, 2024

Dünya Bankı Ukraynada ali təhsilə 100 milyon dollar ayırıb

Ukrayna hökuməti və Dünya Bankı ali təhsil sahəsində təxminən 100 milyon ABŞ dolları məbləğində təcili yardım haqqında qərar qəbul edib ki, bu da 2021-2022-ci tədris ilində 172 min tələbənin akademik təqaüdünün və 50 min tələbənin təqaüd proqramlarının xərclərinin ödənilməsinə imkan verəcək.

Bu barədə Dünya Bankının hesabatında deyilir.

“Təhsil Nazirliyi və Dünya Bankının “Ukraynada ali təhsilin nəticələrinə görə təkmilləşdirilməsi” birgə layihəsinin yeni komponenti sayəsində ali təhsil sahəsində hökumətin büdcə proqramının kompensasiyası üçün təxminən 100 milyon ABŞ dolları məbləğində maliyyə ayrılır”, – bankdan bildirilib.

Maliyyə qurumu izah edib ki, Rusiyanın Ukraynaya davam edən işğalı ukraynalı ailələrə misilsiz iztirablar gətirib və bir çox ailələr uşaqlarının təhsilini təmin etdirə bilmir.

“Bu təqaüd proqramları tələbələrin əsas ehtiyaclarını, xidmətlərini təmin etməyə kömək edəcək və nəticədə təhsil prosesinin davam etdirilməsinə, təlim nəticələrinin yaxşılaşdırılmasına töhfə verəcək”, – Dünya Bankının Şərqi Avropa üzrə regional direktoru Arupap Banerji deyib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər