17 C
Baku
Friday, April 19, 2024

Dünya Bankı Ukraynaya $3 mlrd. ayırır

Dünya Bankı Ukraynaya 3 milyard dollarlıq dəstək paketi hazırlayır.

Banker.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu da Kiyevin fövqəladə maliyyə tələbinə baxır. Bu barədə BVF-nin icraçı direktoru Kristalina Georgiyeva və DB-nin prezidenti David Malpasın birgə yazılı bəyanatında deyilir.

Bildirilir ki, BVF gələn həftə Ukraynanın təcili maliyyə yardımı tələbinə baxa bilər. Və Dünya Bankı yaxın aylarda rəsmi Kiyevə ümumi məbləği 3 milyard dollar həcmində dəstəyin ayrılmasını müzakirə edəcək.

2020-ci ilin iyun ayında Beynəlxalq Valyuta Fondu Kiyev üçün ümumi həcmi təqribən 5 milyard dollar olan “stand-by” proqramını təsdiqlədi və dərhal 2.1 milyard dollarlıq birinci tranşı ayırıb. Lakin sonra razılaşdırılmış qrafik pozulub və maliyyələşmə uzun müddətə dayandırılıb.

Son xəbərlər
Digər xəbərlər