-3 C
Baku
Sunday, December 15, 2024

Dünya bazarına ilk çarpaz blokçeynli kriptovalyuta daxil olur

Bitkoinin əsas proqram təminatı tərtibatçılarından biri olan Cef Qartsik öz şəxsi kriptovalyutasını – “Metronome”u buraxacağını açıqlayıb.

“Bloomberg”ə istinadən, C.Qartsik yeni kriptovalyutanın əsas xüsusiyyətinin onun heç bir blokçeynə bağlı olmaması olduğunu deyib.

“Metronome” sahibləri onu sərbəst şəkildə istənilən digər sistemə keçirə biləcəklər. Məsələn, “Etherium sahibləri Bitkoinə bağlı “Qtum” və ya “Rootstock” sisteminə keçmədən əvvəl “Etherium Classic”ə ötürülə biləcəklər. Məqsəd kriptovalyutanı blokçeyndə olan risklərdən qorumaqdır. Kriptovalyutanın mobil olması o deməkdir ki, hər hansı bir blokçeyn yaradıcıları arasında mübarizə nəticəsində ölməyə hazırlaşdıqda, metronom sahibləri digər şəbəkələrdə digər aktivlərə keçə biləcəklər. Bu proses kriptovalyutanın qiymətini və uzunömürlülüyünü qoruyacaq”, – o söyləyib.

Digər kriptovalyutalardan fərqli olaraq, “Metronome” smart-kontraktlarla gündəlik əks-hərraclarda satılacaq. Onun ilkin qiyməti 500 dollar olacaq. Daha sonra alqı-satqı əsnasında alıcı tapana qədər qiyməti düşməyə davam edəcək. Ümumilikdə, 10 mln. “Metronome” buraxılacaq, bunun da 2 mln.-u tərtibatçılarda qalacaq. İlk 40 ildə gündə 2880 “Metronome” buraxılacaq. Daha sonra onların sayı artırılacaq. İlk hərracın dekabrın əvvəlində keçiriləcəyi bildirilir.

“Metronome”un bu gün Las-Veqasda “Money 20/20” konfransında təqdimatı keçiriləcək.

©Report

Son xəbərlər
Digər xəbərlər