27 C
Baku
Saturday, July 27, 2024

Dünya ordularının reytinqi 2013-cü il

Bu və ya digər ordunun gücü təkcə insan sayı ilə deyil, həm də həmin ölkənin müasir hərbi sənayenin son nailiyyətlərindən istifadəsinə görə müəyyən olunur, yəni həmin ordunun arsenalında hansı müasir hərbi sursatlara rast gəlmək mümkündür, istər bu nüvə silahı olsun, istər də hərbi hissələrin sistemli idarəetmə mexanizmi.

7. Türkiyə (Ordunun miqdarı – 613 min nəfər, ehtiyatda – 429 min)

Avropa və Asiya arasında yerləşən bu hərbi istinadgah tarixən müəyyən avtoritetə malik olmalıdır, o cümlədən də hərbi nüfuza. Ona görə də Türkiyənin ordularında xidmət edən insanların sayı istənilən Avropa ölkəsindən daha çoxdur. Amma ki, ölkə rəhbərliyi üçün əsas təhlükə mənbəyi heç də xarici düşmənlər deyil, daxildə yerləşən kürd separatçı qüvvələridir.

6. Hindistan (Ordunun miqdarı — 1 milyon 325 min nəfər)

Hindistan və Pakistan arasında bitmək bilməyən qarşıdurma və mübarizə daima ordudakı insanların sayının və hərbi qüvvələrə sərf olunan xərclərin artmasına səbəb olur. Hindistan ordusu say baxımından dünyada ABŞ və Çindən sonra üçüncü yerdə gəlir.

5. Şimali Koreya (Ordunun miqdarı — 1 milyon, 106 min nəfər)

Ölkə iqtisadiyyatının ağlamalı durumda olması rəhbərliyə ordunun saxlanması üçün lazımı vəsait ayırmasına imkan vermir. Ona görə də Şimali Koreyanın hərbi qüvvələrinin büdcəsi 2013-cü il reytinqə daxil olan bütün digər iştirakçılar ən balaca olandır, cəmi 5 milyard dollar. Əsas tərkibdən əlavə, daima ehtiyatda olan 8 milyon nəfər insan çağırışa cavab verməyə hazırdır.

4. Rusiya (Ordunun miqdarı — 1 milyon 200 min nəfər)

Rusiya ordusunun gücü daha çox ölkənin sahibi olduğu nüvə potensialı ilə müəyyən olunur, Rusiya Federasiyasının sərəncamında 11minə yaxın hərbi döyüş raketi, həmçinin onların çatdırılması üçün lazımmı döyüş avadanlıqları vardır. Rusiyanın müdafiə büdcəsi – 56 milyard ABŞ dolları civarındadır. ABŞ, 692 milyard, Çin isə 100 milyard dollar vəsait sərf edir.

3. İsrail (Ordunun miqdarı — 176,5 min nəfər, ehtiyatda — 565 min nəfər)

2013-cü il reytinqdəki ən kiçik ordunun əsas fərqləndirici xüsusiyyəti orduda qadınların iştirakıdır, onlar orduya icbari qaydada cəlb olunur və 24 ay ərzində icbari hərbi xidmət keçirlər. Kişilər üçün müddətli hərbi xidmətin davametmə müddəti isə 36 aydır. 2013-ci il ordular reytinqində İsrail adambaşına düşən hərbi xərclərin miqdarına görə liderlik edir. – təxminən 2 min 400 dollar. Rəsmi olaraq dövlət nüvə silahına malik olmadığını deyir, amma belə hesab olunur ki, İsrailin sərəncamında 80-dən 200-ə qədər hərbi raket ola bilər.

2. Çin (ordunun miqdarı — 2 milyon 285 min nəfər)

Çinin müdafiə büdcəsi həcminə görə ikinci yerdədir. Ölkənin nüvə potensialı 200 yaxın hərbi nüvə raketi ilə müəyyən olunur.

1. ABŞ (ordunun miqdarı — 1 milyon 478 min nəfər)

2013-cü il hərbi nəhənglərinin reytinqinə başçılıq edən ABŞ ümumi hərbi nüvə raketlərinin həcminə görə Rusiyadan çox azacıq geridə qalır. Amerikanın ordusunun sərəncamında olan qitələr-arası ballistik raketlər həmin hərbi nüvə başlıqlarını 15 min kilometr məsafəyə daşımağa imkan verir. ABŞ-ın hərbi xərcləri misli görünməyəcək qədər böyükdür, bu Rusiyanın orduya sərf etdiyi xərcləri 12 dəfə üstələyir.

Son xəbərlər
Digər xəbərlər