8 C
Baku
Friday, December 13, 2024

Dünya üzrə 31 aviaşirkət “Boeing 737 Max 8” təyyarələrinin uçuşlarını dayandırıb

Dünya üzrə 31 aviaşirkət, o cümlədən Avropa İttifaqındakı 6 kompaniya martın 12-də “Boeing 737 Max 8” təyyarələrinin uçuşlarını müvəqqəti dayandırıb. Bu barədə qərar son beş ayda bu modelə aid iki təyyarənin qəzaya uğramasından sonra qəbul edilib.

 Polşanın LOT şirkəti uçuşlarda istifadə olunan “Boeing 737 Max 8” tipli beş təyyarəni anqarda saxlasa da, ciddi təhlükənin olmadığını və uçuşları davam etdirəcəyini açıqlayıb. Aviaşirkətdən bildiriblər ki, bu model təyyarələr də digərləri kimi ciddi texniki nəzarət altındadır və işlək vəziyyətdədir. Polşa şirkəti 2020-ci ilədək daha beş “Boeing 737 Max 8” tipli təyyarə alaraq hava gəmilərinin sayını 15-ə çatdırmağı planlaşdırır.

Qeyd edək ki, martın 10-da Efiopiyada baş verən təyyarə qəzasında həlak olan 157 nəfərdən ikisi Polşa vətəndaşı olub.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər