Ən bədbəxt insanlar harada yaşayır? Hamınız bir ağızdan “Burda!” deyə cavab verməyin. Rəqəmlər deyir ki, hazırda ən bədbəxt ölkə İspaniyadır. Ən az bədbəxt ölkə isə Norveçdir.
Bədbəxtlik indeksi (Misery İndex) işsizlik və inflyasiya əsasında ölçülür. 1970-ci ildə amerikan iqtisadçı Artur Okun hesab edirdi ki, məhz bu iki göstərici insanlara daha çox bədbəxtlik gətirir.
Bu gün üçün nəticələr aşağıdakı cədvəldə göstərilib. Əgər 2009-2010-cu illərdə liderlər arasında post-sovet ölkələr idisə, 2012-ci ildə isə vəziyyət başqa cürdür – ən pis vəziyyət Qərbi Avropanın “katolik” ölkələri və Şərqi Avropada müşahidə olunur. Skandinaviya, Almaniya və Avstriyada isə vəziyyət əladır.