13 C
Baku
Thursday, May 9, 2024

Dünyaca məşhur bank Moskvadakı ticarət mərkəzini rekord məbləğə satır

Amerikanın “Morgan Stanley” bankının investisiya fondu Moskvadakı “Metropolis” ticarət mərkəzinin satışı ilə bağlı danışıqlar aparır, bu barədə “Bloomberg” yazıb. 2013-cü ildə amerikalılar tərəfindən ticarət mərkəzinin alışı Rusiya kommersiya daşınmaz əmlak bazarı tarixində ən böyük əməliyyat olub.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Agentliyin həmsöhbətləri vurğulayıblar ki, danışıqlar gələ ilkin mərhələdədir və sövdələşmənin başa çatacağına əminlik yoxdur. “Morgan Stanley”nin daşınmaz əmlak investisiya fondu olan “Morgan Stanley Real Estate Investing” 2013-cü ildə “Metropolis”i alıb. Müxtəlif mənbələrə görə, sövdələşmənin dəyəri təxminən 1.2 milyard dollar olub.

“Metropolis” ticarət mərkəzi 2009-cu ildə Moskvanın şimal-qərbində açılıb. Onun sahəsi 205 min kmtəşkil edir. Qeyd edək ki, “Metropolis” “Morgan Stanley”nin Rusiyadakı ikinci premium obyekti sayılır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər