14 C
Baku
Wednesday, April 17, 2024

Dünyaca məşhur Rothschild fondu Bitcoin-ə yatırım edir

Banker.az xəbər verir ki, Rothschild Investment Corporation fondu Bitcoin Investment Trust-ın (GBTC) 210 min dollar dəyərində səhmlərini əldə edib.

Bu institusional investorlar və hedge fondlar tərəfindən Bitcoin-ə dəstəyin artmasını növbəti dəfə təsdiqlədi.

Son zamanlar rəqəmsal qızılın qiyməti barədə fikirlər parçalanıb. Bir çoxları belə hesab edir ki, “köpük” tezliklə partlayacaq və iflas qaçınılmazdır. Digərləri isə kriptovalyutanın dəyərinin 5 min dollar səviyyəsinə qədər qalxacağına inanır.

Qiymətin necə olacağından asılı olmayaraq, Rothschild kimi investorların Bitcoin-ə yatırım etməyə başlaması faktdır və altcoinlər kriptovalyutaların dəstəklənməsinə təkan verməlidir.

Son xəbərlər
Digər xəbərlər