18 C
Baku
Wednesday, April 24, 2024

Dünyada ən böyük maye hidrogen müəssisələrindən biri Yaponiyada tikiləcək

Fransanın “Air Liquide” maye qaz istehsalı şirkəti və Yaponiyanın “İtochu” neft-qaz şirkəti dünyanın ən böyük maye hidrogen müəssisəsilərindən birini tikəcək.

Tərəflər arasında imzalanmış strateji tərəfdaşlıq müqaviləsi çərçivəsində Yaponiyanın ən böyük adası olan Honşunun orta bölgəsində inşa olunacaq müəssisəni 2020-ci illərin ortalarında istifadəyə vermək hədəflənir.

Yeni müəssisədə LNG-dən elektrik stansiyalarında və nəqliyyatda yanacaq qismində istifadə olunması üçün gündə 30 tonadək maye hidrogen istehsal olunacaq. Bu miqdarın 42 min nəqliyyat vasitəsi üçün kifayət edəcəyi bildirilir.

Yaponiyada tikiləcək müəssisənin “Air Liquide”nin Nevadada 187 milyon dollarlıq sərmayə ilə inşa etdirdiyi və dünyanın ən böyük bu cür müəssisəsi olacaq obyektinin bənzəri olduğu da bildirilir.

Hazırda Yaponiyada gündəlik 44 ton maye hidrogen istehsal olunur. Baş nazir Yoşihide Suqanın başçılıq etdiyi hökumətin enerji strategiyası təmiz enerji daşıyıcısı kimi hidrogenə keçərək 2030-cu ilədək hidrogenin illik istehsalını 3 milyon tona, hidrogen doldurma stansiyalarının isə sayını 137-dən 900-ə çatdırmağı nəzərdə tutur.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər