Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) araşdırmasına görə, ABŞ və Rusiya dünyanın ən böyük silah ixracatçıları olaraq qalır.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, ABŞ-dan tədarüklər 2017-2021-ci illərdə əvvəlki beş illik dövrlə müqayisədə 14%, Fransadan isə 59% artıb. Rusiyadan ixrac 26%, Böyük Britaniyadan 41%, Çindən 31%, Almaniyadan isə 19% azalıb.
Dünyanın ən böyük silah ixracatçıları bunlardır:
– ABŞ – 39%
– Rusiya – 19%
– Fransa – 11%
– Çin – 4.6%
– Almaniya – 4.5%
Hindistan dünyanın ən böyük idxalçısı olaraq qalır, lakin beş ildə daşımalar 21% azalıb. Silah idxalında ən böyük artım Avropada müşahidə olunub – bu, 19% təşkil edib. Bu region ümumi dünya idxalının 13%-ni təşkil edir. Avropada ən böyük idxalçılar Böyük Britaniya, Norveç və Hollandiya olub. SIPRI qeyd edir ki, Ukraynanın silah idxalı “çox məhdud olub”.