13 C
Baku
Friday, April 19, 2024

Dünyada ən sürətli internetə kim sahibdir?

İsveçin Karlstad şəhərinin 75 yaşlı sakini Sigbritt Lotbert dünyada ən sürətli internet bağlantısına kimi məşhurdur. Onun sahib olduğu internetin sürəti 40 gbit/saniyəyə bərabərdir ki, bu göstərici də bütün dünya üzrə internet istifadəçilərinin sahib olduğu sürətdən min dəfə çoxdur.

Yaşlı qadına belə bir hədiyyəni oğlu Peter bəxş etmişdir. O bununla bütün internet təminatçılarının diqqətini yüksək sürətli kanalların inkişafına vəsait yatırmağa çalışmışdır.

Hazırda Sigbritt eyni anda 1500-dən çox HDTV videokanallarını izləyə və cəmi bir neçə saniyə ərzində HD filmləri yükləyə bilər. Peter Lotbert “Cisco” şirkətində (dünyaca məşhur şəbəkə cihazları yaradıcısı) işləyir və İsveçin internet cəmiyyətində kifayət qədər məşhurdur. Onun tərəfindən yaradılan texnologiyanın unikallığı ondan ibarətdir ki, onun sayəsində yönləndiricilər arasında siqnalın ötürülməsi 2000 km məsafədə və hər hansı vasitəçi apparatın köməyi olmadan həyata keçirilə bilər.

Peter çox az bir məbləğ xərcləyərək öz anasına dünyadakı ən sürətli interneti hədiyyə etmişdir. Bununla da, o sübut etmişdir ki, gələcəkdə çox sürətli internet hamı üçün əlçatan və ucuz olacaq.

Son xəbərlər
Digər xəbərlər