Bu ilin yanvar ayındalı irihəcmli satışlardan sonra dünyada almaza tələbat bir qədər azalıb.
Bu barədə “Rapaport” nəşrinə istinadən xəbər verilir.
Məlumata görə, buna səbəb Çində və qonşu ölkələrdə yaranmış koronavirusdan sonra zinət əşyalarına marağın azalmasıdır. Ekspertlərin sözlərinə görə, son 2-3 həftə ərzində Çində bu qəbildən olan malların satışı demək olar ki, dayandığı üçün bazar iştirakçıları Asiyaya dair strateji planlarında dəyişikliklərə başlayıb.
Ən son məlumata görə koronavirus (COVİD-19) nəticəsində Çində ölənlərin sayı 1 113 nəfərə çatıb. Virusa yoluxanların ümumi sayının 44,6 mini ötdüyü, bunlardan 4 740 nəfərin sağaldığı bildirilir.
©Report