14 C
Baku
Wednesday, April 24, 2024

Dünyada hər 30 saatdan bir yeni milyarder ortaya çıxır

Koronavirus pandemiyasının başladığı 2020-ci ildən bu günə kimi dünyada 573 yeni milyarder peyda olub və onların ümumi sərvəti bu müddət ərzində 3,78 trilyon ABŞ dolları artaraq 12,7 trilyon dollar və ya qlobal ÜDM-in 13,9 %-ni təşkil edir. Beləliklə, hər 30 saatdan bir dünyada yeni milyarder ortaya çıxır.

Banker.az xəbər verir ki, bu göstəricilər “Oxfam” xeyriyyə təşkilatının hesabatında yer alıb.

Qeyd edilir ki, hazırda dünyada milyarderlərin ümumi sayı 2 668 nəfərdir. Eyni zamanda, hər 33 saatdan bir milyon insan həddindən artıq yoxsulluq kateqoriyasına düşür, yəni gündə 1,9 dollardan az pulla dolanır.

Bəşəriyyətin ən zəngin 10 adamının sərvəti dünya əhalisinin ən yoxsul 40 %-nin, yəni 3,1 milyard insanın sərvətinə bərabərdir.

Hesabat müəllifləri hesab edirlər ki, qida və enerji sektorunda aktivləri olan milyarderlərin ümumi sərvəti hər iki gündə 1 milyard dollar artıb, son iki ildə isə bu rəqəm 453 milyard dollar çoxalıb. Dünyanın beş ən böyük enerji şirkəti (BP, “Shell”, “TotalEnergies”, “Exxon” və “Chevron”) saniyədə 2,6 min dollar xalis mənfəət əldə edir.

Pandemiya zamanı qida sektorunda 62, əczaçılıq sektorunda isə 40 yeni milyarder peyda olub.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər