-1 C
Baku
Sunday, December 15, 2024

Dünyada ilk virtual dükan cənubi Koreyada açıldı

Tesco kompaniyası, dünyaca məşhur brend olmasından istifadə edərək, olduqca surətli şəkildə Koreya bazarını fəth etdi, amma bütün bunlara rəğmən o satış həcminə görə birinci yerə çıxa bilmirdi. Başlıca rəqib olan E-Martın bütün ölkə üzrə ticarət məntəqələrinin sayı daha çox idi. İlk növbədə rebrendinq həyata keçirilir –Tesco Homeplus adlandırılır. Onlar yeni dükanlar açmadan biznesi inkişaf etdirmək üzərində baş sındıraraq, innovativ bir ideya tapdılar. 

Olduqca zəhmətkeş və məşğul millətlərdən olan koreyalılar alış-verişə həftədə cəmi bir dəfə, özü də ki, həvəssiz şəkildə gedirlər. Ona görə də shopping-i daha əl çatan etmək qərarı verildi. Metroda ərzaq dükanının virtual vitrinlərə meydana çıxdı. Indi yeganə lazım olan, qatarı gözlədiyimiz müddətə lazımı məhsulların kodunu skaynerdən keçirməkdir. Əgər məhsulun dəyərini internetlə ödəsəniz, aldığınız mallar işdən sonra sizin evinizə çatdırılacaq.

Son xəbərlər
Digər xəbərlər