17 C
Baku
Monday, April 22, 2024

Dünyada kofenin qiyməti kəskin bahalaşa bilər

Braziliyada məhsuldarlığın azalması bütün dünyada kofenin qiymətinin kəskin bahalaşmasına gətirib çıxara bilər.

Braziliyada fermerlər ənənəvi olaraq cüt rəqəmli illərdə daha çox kofe əldə edirlər. Lakin 2021-ci ildə plantasiyalar əvvəlcə quraqlıqdan, sonra isə donvurmadan zərər gördüyü üçün bol məhsula olan ümidləri puça çıxarıb. Mənfi gözləntilər səbəbindən artıq ötən ildən kofe qiymətləri son on ilin rekordlarını qırmağa başlayıb. Braziliyada bu məhsulun bir funtu (təxminən 0.45 kiloqram) 2.58 dollara yüksəlib və 2.23 dollar civarında sabitləşib.

Əlverişsiz hava şəraiti Braziliya ilə yanaşı, dünya bazarına kofe ixracında əhəmiyyətli rol oynayan Kolumbiyada da plantasiyalara ziyan vurub. Bəzi hesablamalara görə, bir sıra fermer təsərrüfatlarında məhsuldarlıq iki dəfə aşağı düşə bilər. Məsələn, kofe istehsalı, alışı və ixracı ilə məşğul olan “Minasul” kooperativi 2022-ci ildə alacağı məhsulun həcminin bir milyon kisəyədək (hər kisədə 132 funt) azalacağını gözləyir. Halbuki 2020-ci ildə bu göstərici 2.2 milyon kisə təşkil etmişdi.

Yaranmış vəziyyət beynəlxalq miqyasda kofe tədarükü zəncirini fasilələrlə təhdid edir. Problemlərə təkcə məhsuldarlığın azalması deyil, həm də dünya logistikasındakı çətinliklər və daşıma qiymətlərinin artması da əlavə olunur.

MənbəAzertac
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər