10 C
Baku
Thursday, December 12, 2024

Dünyada kompüter satışları son 10 ildə maksimuma çatıb

Kompüter istehsalçıları 2021-ci ilin dördüncü rübündə 92.7 milyon, ilin sonunda isə 348.8 milyon cihaz tədarük edib ki, bu da 2020-ci illə müqayisədə 14.8% çoxdur.

Banker.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu, 2012-ci ildən bu yana ən yüksək göstəricidir.

Ən böyük kompüter istehsalçıları olan “Lenovo”, “HP”, “Dell”, “Apple” və “Acer” 2021-ci ildə öz mövqelərini qoruyublar. Qeyd edək ki, ən böyük artım “Apple” göstərib – şirkət bazarın digər liderləri ilə müqayisədə 22.1% çox kompüter tədarük edib.

Cənab Maynellin sözlərinə görə, dördüncü rübdə bazara “mürəkkəb logistik şərait və davamlı təchizat çatışmazlığı” təsir edib. O, bazarın 2022-ci ilin birinci yarısında tədarük zənciri problemləri ilə mübarizə aparacağını gözləyir.

Son xəbərlər
Digər xəbərlər