9 C
Baku
Friday, December 13, 2024

Dünyada kreditləşmənin artım tempi

Hər bir ölkənin öz xüsusiyyətləri vardır. Bu özlüyündə tarix, mədəniyyət, əhalinin adət-ənənələri, təbiət, iqtisadi inkişafda dinin səviyyəsi və bir çox digər amillərlə bağlıdır. Bəzi ölkələr dünyaya yeni texnologiyalar və ideyalar gətirmək kimi obyektiv səbəblərə görə sürətlə inkişaf edirlər. Digər ölkələr isə bu və ya digər müxtəlif parametrlər üzrə lider ölkələrdən geri qalırlar. Bu ölkələr bəzi hallarda həm lider ölkələrə yaxınlaşa, həm də bütünlüklə onlardan geri qala bilərlər. Lakin belə vəziyyətlər nadir hallarda baş verir. Hər bir xalq və ölkənin özləri ilə fəxr etməyə səbəbləri vardır. Lakin hazır ki mövzumuz bu yox, dünyada və onun bir çox hissəsində kreditləşmənin artım tempi olacaqdır.

ABŞ ilə Liberiyanı müqayisə etsək aydın şəkildə görərik ki, ABŞ-da insanlar nəinki fərqli şəkildə yaşayır, həm də fərqli miqdarda pul xərcləyirlər. Hətta Qərbi Avropada da kreditə edilən müraciət Şərqi Avropadan fərqlənəcəkdir. Bəzi yerlərdə istehlak kreditləri tələb olunduğu halda, bəzi yerlərdə kredit kartlarına üstünlük verilir. Birisi pul krediti aldığı halda, birisi ünvanlı kreditləri qeydiyyatdan keçirdir. Ümumiyyətlə, dünyada ildən-ilə borclara olan tələbat artır. Lakin bu artım tempi həm yüksələ, həm də aşağı düşə bilər və buna səbəb kütlə də ola bilər.

Məsələn, böhran zamanı borc vəsaitlərinə olan tələbatlar və təkliflər də azalacaqdır. Çətin vəziyyətdə heç kim əlavə maliyyə öhdəlikləri ilə özünü yükləmək istəməz. Kredit təşkilatları isə verdiyi pulu geri alacağına əmin olmadığı şəxslərə kredit vermək istəməz. Lakin, iqtisadiyyatda əlverişli və səmərəli dövrün yaranması kreditləşmədə avtomatik olaraq tempin yüksəlməsi demək deyildir. Tələb əlbəttə, artacaq, ancaq onu qaydada saxlamağa çalışacaqlar. Çünki kreditə həddindən artıq çox müraciətin olunması dünya iqtisadiyyatı üçün təhlükə yaradır. Cari ilin nəticələrinə diqqət yetirsək 2012-ci ildə kreditləşmənin dünya üzrə həcminin 3,6 % təşkil etdiyini görərik. 2011-ci ilin nəticələri ilə müqayisədə artım tempi demək olar ki, dəyişməyib. Bundan əlavə, 2010-cu il ilə müqayisədə artım tempinin hətta endiyinin şahidi olarıq. O zaman artım 4% təşkil edirdi.

Fitch Ratings ekspertləri özlərinin Macro-Prudential Risk Monitor hesabatlarında hesab edirlər ki, tempin normal dərəcədən xeyli aşağı olması təkrar kreditləşməyə səbəb ola bilər. Dünya üzrə artım tempi stabil olsa da, ayrılıqda ölkələr üzrə bu artım müxtəlif cür ola bilər. Artım tempinə görə ABŞ lider hesab olunur. Birincisi ona görə ki, bu ölkə hər sahədə liderdir. İkincisi isə Amerika vətəndaşlarının bir çoxunun pulla və digər şeylərlə qənaətlə davranmadıqlarına görədir. Amerika əhalisinin borc içərisində yaşaması haqqında çox danışmaq olar. Lakin əhalinin dövlətə olan borc yükünə görə ABŞ digər dünya ölkələrindən geridə qalır.

Ümumiyyətlə, bu nəticələr digər dünya dövlətləri üçün orta göstərici olsada, inkişaf etmiş ölkələr üçün aşağı nəticədir. İnkişaf etmiş ölkələr üçün kreditləşmənin real həcmi 0,5% təşkil edir. Bəzi ölkələrdə keçən il ilə müqayisədə temp aşağı düşmüşdür və hal-hazırda kreditləşmənin həcminin artması ilə bağlı ciddi təhlükələr müşahidə olunmur. İnkişaf etməkdə olan ölkələrdə ümumi borc yükünün əhəmiyyətli dərəcədə azalması nəzərə çarpır. Lakin burdakı göstərici inkişaf etmiş ölkələrdəki göstəricilərdən əhəmiyyətli dərəcədə yüksəkdir. Məsələn, Latın Amerikası və Asiyada bu 7,5%-ə bərabər olacaq.

Dünyanın heç də firavan həyat sürməyən regionlarından olan Afrika və Yaxın Şərqdə artım tempi orta göstəricidən yüksəkdir və keçən il o 5,5%-ə bərabər idi. Avropanın inkişaf etməkdə olan ölkələrində isə artım tempi sadəcə 1% yüksəlmişdir.

ÜDM-in borc yükü kimi məsələlərdən danışılsa burada lider inkişaf etməkdə olan ölkələr olacaqdır. 2012-ci ildə bu nəticə inkişaf etmiş ölkələr üçün 160%, inkişaf etməkdə olan ölkələr üçün isə 53% təşkil edirdi. Bununla yanaşı, ÜDM-də kreditlərin həcmi stabil olaraq qalmış və son zamanlarda dəyişiklik nəzərə çarpmamışdır. Buna baxmayaraq, bir çox ölkələrdə bu nisbətdə ciddi bir azalma müşahidə olunmamışdır. Lakin ÜDM-də kreditlərin həcminin azalmasına dair hələki heç bir göstərici yoxdur. İnkişaf etmiş ölkələrdə bu nisbətin gündən-günə enməsi, inkişafda olan ölkələrdə isə yüksəlməsi müşahidə olunur.

Burada bəzi uyğunsuzluqları görməmək mümkün deyil. Buna misal olaraq ÜDM-də kredit həcmləri stabil olaraq qalarkən bütün dünyada ildən ilə kredit həcmlərindəki artımı müşahidə etmək olar. Fitch təsnifatına uyğun olaraq bu bəzi ölkələrin aşağı risk qrupuna doğru hərəkət etməsi ilə izah olunur. İnkişaf etmiş ölkələrə Avstraliya, Danimarka, Malta və Hollandiya, inkişaf etməkdə olan ölkələrə isə Braziliya və Kolumbiya aid edilir. Bu ölkələrin sayəsində ÜDM-də kreditlərin artım tempi stabil saxlanılır və real kreditləşmə həcmlərinin inkişafı ləngidilir. Lakin bəzi ölkələrdə əksinə olaraq kreditləşmədə güclü artım qeydə alınmışdır. Nəticədə, bu ölkələr yüksək risk qrupuna əlavə edilmişlər və bu ölkələrə Rusiya da daxildir.

Son xəbərlər
Digər xəbərlər