3 C
Baku
Saturday, December 14, 2024

Dünyada kriptovalyuta fırıldaqçılığının həcmi 1 mlrd. dolları keçib

Kriptovalyutalarla əlaqəli rəqəmsal sahədəki cinayətlərdən gələn zərərin həcmi artıq dünya miqyasında 1 milyard dolları keçib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

2021-ci ilin əvvəlindən bəri fırıldaçılıq hallarının sayı artıq 1000-i keçib. Bunun səbəbi rəqəmsal pulun bahalaşması və populyarlığı olub. Analitiklər proqnozlaşdırırlar ki, kriptovalyuta fırıldağının orta məbləği hazırda təxminən 250 000 dollar təşkil edir, lakin bəzən 5-10 milyon dollara çatır. Gələcəkdə bu cür cinayətlərin sayının artması gözlənilir.

2021-ci ildə təkcə “Binance” kriptovalyuta birjasında müxtəlif ölkələrdə saxtakarlıq şikayətləri ilə hüquq-mühafizə orqanlarına 5000-dən çox müraciət daxil olub. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Rəqəmsal pulun gizli dövriyyəsinə baxmayaraq, nəticədə onlar hələ də adi valyutaya dəyişdirilir. Və bu anda dövlət vətəndaşların rəqəmsal ehtiyatlarını təyin etməyə çalışır. Bu, insanları təcavüzkarların istifadə etdiyi hərəkətlərini gizlətməyə təhrik edir.

Xatırladaq ki, iyul ayının əvvəlində “Bitcoin.org” saytına genişmiqyaslı hücum edilib. Fırıldaqçılar onlara bir bitkoinin ödənilməsini tələb edib. Saytın operatorunun hakerlərə pul verib-vermədiyi məlum deyil, lakin qısa müddətdən sonra portal fəaliyyətini bərpa edib.

Son xəbərlər
Digər xəbərlər