26 C
Baku
Saturday, July 27, 2024

Dünyanın ən bahalı kompüteri insan kimi düşünür

Bu yaxınlarda NASA və Google dünyada ilk kvant kompüterinə investisiya etmək üçün bir araya gəldilər. 15 milyon dollar qiyməti olan bu nəhəng prosessorlar massivi analoqu olmayan sürətlərə nail olmaq üçün kvant hesablama üsulundan istifadə edəcək, onun sürəti ənənəvi kompüterləri 2600 dəfə üstələyəcək.

Kanadanın «D-Wave-Two» kompüteri çətin riyazi məsələlərin həllində kvant texnologiyasından istifadə edən, kommersiya baxımında istifadə edilməsinə icazə verilən ilk sistemdir. Bu texnologiya ənənəvi hesablama konsepsiyalarının tamamilə yenidən nəzərdən keçirilməsini tələb edir.

Əksər kompüterlər sadə binar sistemindən istifadə edirlər ki, burada istənilən hər şey sıfır və təkliklər şəklində kodlaşdırıla bilər. Bu yanaşma informasiyanı yadda saxlamaq, həmçinin onun üzərində əməliyyatlar aparmaq imkanı verir. Kvant kompüteri isə informasiyanı sıfır və təkliklər şəklində təqdim etmək əvəzinə kubitləri (kvant bitlərini) – eyni anda hər iki veriləni analiz edir. Hesablamalara belə yanaşma kvant maşınlarına çoxlu miqdarda fərqli ssenarilərin nəticələrini eyni anda öncədən demək imkanı verir.

Kubitlər sistemi sayəsində kvant kompüterləri hətta ən mürəkkəb və kompleks problemləri də həll etməyə qadirdir.

D-Wave-Two müxtəlif dəyişənləri olan uzun bərabərlikləri yarım saniyədə həll edə bilər, halbuki hal-hazırda kosmik gəmilərdə istifadə olunan tipik proqramlar belə məsələlərin həlli üçün yarım saata qədər vaxt tələb edir. Baxmayaraq ki, belə tip kompüterlərin daha miniatür növləri mövcuddur, NASA və Google-un birgə yaratdığı superkompüter öz növündə birinci olacaq, yəni ilk iri həcmli kvant kompüteri olacaq. Hətta baxmayaraq ki, o iki kompaniya arasında bölünəcək, onun inanılmaz hesablama gücü heç şübhəsiz ki, hər iki kompaniyaya öz sahələrində texnoloji inqilab etmək imkanı verəcək.

Baxmayaraq ki, kompüterin NASA-da ilkin tətbiq sahəsi planlaşdırma və müxtəlif cədvəllərin tərtibi olacaq, belə növ süni intellektin kosmosda tətbiqi üçün geniş imkanlar mövcuddur. Çoxsaylı ssenarinin nəticəsini eyni anda gözdən keçirmək imkanına malik kosmik gəmilər elə proqramlaşdırıla bilər ki, canlı astronavtlar kimi çətin problemlərlə bağlı özləri qərar verə bilsinlər. Bugünkü zamanda çox saylı dəyişənlərə əsasən qərar qəbul etmə imkanı kompüterləri insandan fərqləndirir. Təsəvvür edin ki, biz insan əvəzinə kompüterləri kosmosa göndərəcəyik, onlar havanın hərarətindən tutmuş, yanacağın miqdarına qədər istənilən informasiyanı analiz etmək və maksimal dərəcədə yoxlanılmış qərar qəbul etmək imkanına malik olacaqlar. Belə imkanlara malik olmaq, bizim kosmosdakı tədqiqat sahəmizin sərhədlərini nəzərə çarpacaq qədər genişləndirə bilər.

Son xəbərlər
Digər xəbərlər