24 C
Baku
Thursday, June 30, 2022

Dünyanın ən nüfuzlu 100 şirkəti açıqlanıb – “Time”

“Time” jurnalı dünyanın ən nüfuzlu 100 şirkətin reytinqini dərc edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir ki, onları müəyyən etmək üçün jurnal redaktorlar, müxbirlər və sənaye ekspertlərindən ibarət komandasından müxtəlif kateqoriyalar üzrə namizədlərin siyahısını tərtib etməyi xahiş edib: səhiyyə, əyləncə, nəqliyyat, texnologiya və s.

Sonra şirkətlərin hər biri bu meyarlara görə qiymətləndirilib: aktuallıq, təsir gücü, innovasiyalar, liderlik, ambisiya və uğur. Ümumilikdə, beş kateqoriya yaradılıb və onların hər birinə 19-22 şirkət daxil olub.

“Pionerlər”

Bu kateqoriyanın lideri film və serial buraxan “Kaling International” şirkəti olub. Sonrakı yerlərdə NFT satışı platforması “OpenSea”, virtual reallıq oyunların istehsalçısı “Rec Room”, akkumulyatorların təkrar emalı şirkəti “Redwood Materials”, süni intellekt sistemlərinin tərtibatçısı “OpenAI”, blokçeyn-oyun “Sandbox”, özəl kosmos şirkəti “AxiomSpace” daxil olub.

“Titanlar”

İkinci kateqoriyanın lideri “Amazon” olub. O, film və seriallardan tutmuş bulud texnologiyalara qədər hər şey buraxır. Jurnal “Titanlar”a həmçinin “Pfizer”, “Alphabet”, “Maersk”, “Ford”, “Meta”, “Microsoft”, “Apple”, “Walmart”, “Nvidia”, “Disney” və “Netflix”i daxil edib.

“Liderlər”

Bu kateqoriyada birinci yeri Koreyanın səsyazma şirkəti “HYBE” tutub. Sonrakı sıralarda “Spotify”, “Airbnb”, “Sony”, “Balenciaga”, “Impossible Foods”, “Reddit”, “Revolut”, “DoorDash, Sotheby’s” yer alıb.

Yenilikçilər

Lider – elektromobil istehsalçısı “Rivian”dır. Sonrakı yerləri ingilis mətnlərinin yoxlanılması xidməti “Grammarly”, ağıllı ev sistemlərinin tərtibatçısı “Wyze” və virtual reallıq platformasının qurucusu “Rendever” tutub.

“Dağıdıcılar”

“Dağıdıcılar” kateqoriyasının lideri “Engine No 1” investisiya şirkəti olub. Ondan başqa siyahıda “TikTok”, “AMC” kinoteatrlar şəbəkəsi və “Shein” ucuz paltar riteyleri yer alıb.

Son xəbərlər
Oxşar xəbərlər