20 C
Baku
Sunday, May 26, 2024

Dünyanın ən varlı insanının biznes-fəlsəfəsi

Ərəb əsilli meksikalı biznesmen Karlos Slim Elu (Carlos Slim Helú) böyük telekommunikasiya imperiyasına sahibdir (Altria Group, Telcel, Teléfonos de México və América Móvil) və Atlantik okeanın sol sahilinin işgüzar aləminin ən nüfuzlu şəxsləri sırasına daxildir. Bir neçə il əvvəl o, planetin ən varlı insanı kimi təsdiq olundu və 2012-ci ildə onun sərvətinin miqdarı 68,5 milyard dollar təşkil edir. 

Öz vətənində Slim artıq çoxdan sanki bir nağıl personajına çevrilib, o adi yoxsul livanlı immiqrantdan öz ayaqları üzərində dayanmağı bacaran, olduqca qüdrətli və saysız-hesabsız sərvətə sahib bir biznesmendir. Bununla yanaşı milyarder demək olar ki, özünü reklamdan qaçır, hər növ şan-şöhrətdən yayınır, öz bioqrafiyası haqqında faktları yayımlamamağa, şəxsi həyat fəaliyyətinin ictimai müzakirə obyekti etməməyə çalışır.

Slim standartdan uzaq bir milyarderdir, o bütün meksikalı zənginlər kimi ictimai pərəstişə və şan-şöhrətə can atmır. Onun populyarlığa və pərəstiş mənbəyinə çevrilməyə qarşı laqeydliyi hətta praqmatik Şimali Amerika mətbuatına da təsirsiz ötüşməyib, amerikan pressası onu mistik cizgilər ilə təsvir edir. Amma ümumi götürdükdə onun uğur hekayəsinə qeyri təbii və fövqəladə heç bir məqam yoxdur. Bütün qanuni Latın Amerika kapitalı kimi onun var-dövləti də üz baza təməli üzərində dayanır: Aztəminatlı təbəqənin tələbatlarının istismarı, mineral ehtiyatların istismarı və siyasi əlaqələrin istifadə edilməsi.

Bu gün 72 yaşlı Karlos Slim  özü tərəfindən formalaşdırılmış biznes-müəssisələrinin idarə heyətinin sədri olmaqda davam edir, onların fəaliyyətini idarə edərək nəzarət edir və ən əsası yeni ideyalar yaradır. Öz arasıkəsilməz, fasiləsiz işgüzar fəaliyyətini o, ilk növbədə özünü yaxşı hiss etməsi və biznesə yenə də fayda verməyə davam etmək imkanlarının olması ilə izah edir.

Karlos Slimin uğurunun sirləri onun sitatlarında gizlənir:

•    Mən nəyi isə etməyə qərar verirəmsə, bunu dərhal edirəm.

•    Böhran zamanı hamı aktivlərdən qurtulmağa çalışırdı, mən isə onları alırdım.

•    Kim ki, keçmiş biznes növlərinin ölməsindən xəbər verir, o çox böyük səhv edir, çünki onlar yeni sivilizasiyanın vacib elementi olacaqlar.

 Biznes –yarışma deyil. Rəqiblərinizi ötməyə çalışmayın. Sizin bu və ya digər sahədə sahib olduğunuz peşəkarlıq və səriştəlilik daha böyük önəm kəsb edir.

 Mən vaxtımın çoxunu yeni texnologiyaların öyrənilməsinə sərf edirəm. Dünyada nə baş verdiyindən agah olmaq və mənim bundan istifadə edərək necə qazana biləcəyimi öyrənmək mənim üçün çox zəruridir.

  Yoxsulluq – inkişaf üçün ən optimal ortamdır. Mənim ən əsas, həyatı əhəmiyyətli investisiyam – ölkəni yoxsulluqdan çıxarmaqdır.

  Var-dövlət yeni var-dövlət yaradır. Buna görə də maliyyə sahəsinə investisiya etmək və gəlirləri yerləşdirmək belə çox vacibdir.

  Ən böyük çətinliklər zamanı stabilliyi təmin etmək üçün, həyatınızın ən asan dövründə belə artıq xərclərdən yayınmağa çalışın.

•  Məsuliyyət və kompromis – uğurlu biznesin əsas təşkiledici elementləridir.

• Reputasiyam məni qəti narahat etmir. Digər insanların fikirləri ilə yaşamayın, yoxsa siz canlı ölüyə çevriləcəksiniz. Mən ömrümün qalan hissəsini, gələcək nəsillərin haqqımda nə deyəcəyi barədə düşünərək yaşamaq istəmirəm.

•    Pul mənim üçün heç də son hədəf deyil. Mən yeni sahələri mənimsəyir və vahid komanda ilə uğurlu kompaniyalar yaradıram.

•    Bir çox insanlar öz uşaqları naminə dünyanı yaxşı doğru dəyişməyə çalışırlar. Mən isə uşaqlarımın daha yaxşı olmasını istəyirəm ki, onlar bu dünyaya xidmət etsinlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər