28 C
Baku
Saturday, July 27, 2024

Dünyanın ən zəngin adamı bir həftədə 3,5 milyard dollar dəyərində “Amazon” səhmlərini satıb

Dünyanın ən zəngin adamı Jeff Bezos “Amazon” un səhmlərini satmağa davam edir. Milyarder 4 və 5 fevral tarixlərində 800 mindən çox səhm satıb.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, son bir həftə ərzində milyarder 3,5 milyard dollar dəyərində səhm satıb (vergi çıxılandan sonra).

Xatırladaq ki, Jeff Bezos səhmlərin satışına hələ yanvarın 31-də başlamışdır. Bu cümə ilin əvvəlindən bəri bazarlarda ən pis gün olmasına baxmayaraq, “Amazon” analitiklərin gözləntilərini aşan və investorları ilhamlandıran müsbət rüblük hesabat dərc edib. Həmin gün internet-riteylerin səhmləri 7,4% artıb, S&P 500 indeksi isə 3%-dan çox azalıb. Sahibkar səhm payının bir hissəsini fevralın 3-ü satandan sonra, onun sərvəti 11,6%-dan 11,2%-ə düşdü.

“Amazon” un nümayəndəsi bu məsələyə şərh bildirməkdən imtina edib. Milyarder jurnalistlərə verdiyi açıqlamada bildirib ki, onun səhm satmaqda əsas məqsədi kosmik şirkəti maliyyələşdirməkdir.

Son xəbərlər
Digər xəbərlər