26 C
Baku
Tuesday, April 30, 2024

Dünyanın ən bahalı ətirləri

Klayv Kristianın ətirləri bütün dünyada məşhurdur. Ətirlərin yüksək qiymətinə baxmayaraq istifadəçilər arasında onlara daim tələbat var.

Klayv Kristian ətirləri yüksək keyfiyyətli ətirlərdir və onların özlərinə məxsus qeyri-adi qablaşdırılması var.

Sizcə bu ətirlərin qiyməti nə qədərdir?

Clive Christian Imperial Majesty (Imperial Majesty “İmperator əla-həzrətləri” kimi tərcümə olunur) ətirləri.

Unikal parfümeriya kokteyli iki yüz nadir komponentdən ibarətdir və incə şüşə qablarına yerləşdiriliblər. Həmin incə şüşə qabları dağ kristaldan hazırlanıb. Qab 18 əyarlı qızıl ilə örtülüb. Şüşə qabın qapağı 5 əyarlıq brilyantdan ibarətdir. Bütün dünyada 507 ml həcmli Clive Christian Imperial Majesty ətirlərindən cəmi 10 ədəd buraxılmışdır.

Ətirlərin qiyməti 215 min ABŞ dolları təşkil edir.

Maraqlısı ondadır ki, ətirin qiymətinə onu öz sahibinə “Bentli” avtomobilində çatdırılma da daxildir.

Məşhurlar arasında bu ətirin sahibləri aktrisa Keti Holms və ser Elton Condur. Keti Holms Tom Kruzla nigah mərasimində bu ətirlərdən istifadə etmişdi.

dukhi-1

1999-cu ildə Klayva Kristian Crown Perfumery parfümeriya şirkətini alır. Həmin şirkət 1872-ci ildən etibarən fəaliyyət göstərir. Viktoriya kraliçasının özü bu ətirləri dəbdəbəli və nəcib hesab edirdi. Bu yaxınlarda Nyu-Yorkda məşhur Saks Fifth Avenue mağazasında tədbirdə dünyanın ən bahalı ətiri seçilmişdir. Həmin ətir Clive Christian No.1 ətirləri olmuşdur. Bu ətirlərin 30 ml həcmli qabları 2350 dollardır. Clive Christian No.1 ətirləri rəsmi olaraq Ginnesin rekordlar kitabına daxil olmuşdur.

Ecaskar ətirlərin müəllifi Klayv Kristian ətirlərin üzərində 6 il işləmişdir. Christian No.1 ətirlərinin tərkibinə hind səndəli və Tahiti vanili daxildir.

Hər il Clive Christian No.1 ətirlərinin kişi və qadın üçün olan ətirlərindən 1000 ədəd buraxılıb.

dukhi-2

İnternetdə belə bir məlumata rast gəlmək olar ki, ən bahalı ətir DKNY Golden Delicious ətirləridirlər. Lakin bu ətirləri zinət əşyaşıdır, ətir deyil. Ətirin tərkibinə portağalın, qırmızı almanın, əriyin, qızıl gülün, inci çiçəyi, orxideya, ağ zanbaq və tik ağacının qoxuları daxildir.

Adi qabda bu ətirlərin qiyməti 40-50 dollar təşkil edir. 2011-ci ildən DKNY Golden Delicious ətirləri qeyri-adi qablaşdırılmada istehsal olunur və bunun sayəsində dünyanın ən bahalı ətirləri olurlar. 2909 ədəd qiymətli daşlarla bəzədilmiş şüşə qabın qiyməti 1 milyon dollar idi. Bu ətirin satışından əldə olunmuş pul aclıq ilə mübarizə fonduna yatırılmalı idi.

dukhi-3

Son xəbərlər
 ⁠
Digər xəbərlər