5 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən bahalı avtomobil brendi elan edildi

Dünyanın ən bahalı avtomobilləri elan edildi. Sözügedən reytinqin ilk pilləsində heç bir dəyişiklik baş verməyib. İlk pillənin və “Dünyanın ən bahalı avtomobil brendi” adına Yaponiyanın Toyota şirkəti layiq görülüb.

Hazırda Toyota brendinin dəyəri 53,6 milyard dollar olaraq qiymətləndirilir. 2015-ci ildə isə bu göstərici 49,3 milyard dollara bərabər idi. Qeyd edək ki, Yaponiya avtomobil şirkətinin brendi artıq 13 ildir ki, dünyanın ən bahalı avtomobil brendidir.

Reytinqin ikinci və üçüncü pilləsinin sahibi isə Almaniyanın Mercedes-Benz və BMW brendləri oldu. Mercedes-Benz brendinin dəyəri 43,5 milyard, BMW markasının dəyəri isə təqribən 41 milyard dollardır.

Son xəbərlər
Digər xəbərlər