«BonhamsGoodwoodFestivalofSpeed» tədbiri çərçivəsində keçirilən hərracda rekorda imza atılmış və hələ heç bir zaman bu qədər yüksək qiymətə avtomobil satılmamışdır.
Əfsanəvi argentinalı maşın yarışçısı Xuan Manuel Fanxio-ya məxsus 1954-cü ilin MercedesW196R avtomobili təqribən 30 milyon dollara satılmışdır. Bu əfsanəvi yarışçı “Maestro” ləqəbi ilə tanınır.
Formula-1 yarışlarının 5 qat çempionu bu avtomobil ilə 1954-cü ilin Almaniya və İsveçrə Grand-prix-lərinin qalibi olmuşdu.
Hərracın qalibi 19,601,500 funt (29.600.000 dollar) təklif edən bir şəxs idi. O telefon bağlantısı ilə hərraca qoşulmuşdu və gizli qalmağı üstün tutub.