12 C
Baku
Thursday, March 28, 2024

Dünyanın ən bahalı futbolçusunun adı açıqlanıb

“Mançester Siti”nin hücumçusu Erlinq Holand dünyanın ən dəyərli oyunçusu seçilib.

“Transfermarkt”ın məlumatına görə, hazırda norveçli futbolçu 170 milyon avro dəyərində qiymətləndirilir.

O, PSJ-nin hücumçusu Kilian Mbappeni (160 milyon) qabaqlayıb.

2009-cu ildən bəri ilk dəfə olaraq Premyer Liqa oyunçusu dünyanın ən bahalı futbolçusu olub. Həmin vaxt “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Barselona”dan Lionel Messi ilə birlikdə bu statusa malik idi.

Qeyd edək ki, Holand Premyer Liqada 11 oyunda 17 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mbappe bu mövsüm Liqa 1-də 12 oyunda 11 qol vurub.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər