12 C
Baku
Wednesday, December 11, 2024

Dünyanın ən bahalı markaları seçilib – Top 10-luq

2021-ci ildə dünyanın ən bahalı markası olaraq “Amazon” şirkəti seçilib. Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “ET BrandEquity” nəşri yazıb.

Qeyd edilir ki, Ceff Bezosun sahib olduğu şirkətin dəyəri 2020-ci ildə 64% artıb və 684 milyard dollara çatıb.

Reytinqdə ikinci yeri “Apple” korporasiyası tutub. Hesablamalara görə, 2020-ci ildə onun kapitallaşması 74% artaraq 612 milyard dollara çatıb. İlk üçlüyü dəyəri 458 milyard dollar olaraq qiymətləndirilən “Google” tamamlayıb. Dördüncü yerdə dəyəri “Microsoft” (410 milyard dollar), beşinci yerdə isə Çinin “Tencent” (241 milyard dollar) texnologiya nəhəngi dayanıb.

Dünyanın ən sürətlə böyüyən markası “Tesla” seçilib. Şirkətin kapitallaşması il ərzində 275% artaraq 43 milyard dollara çatıb. O, reytinqdə 47-ci yeri tutub.

Eyni zamanda bu il ilk onluğa “Facebook”, “Alibaba”, “Visa”, “McDonald’s”“Mastercard” kimi şirkətlər daxil olub. Bahalı markaların sayına görə dünyada ABŞ liderlik edir, Çin isə onunla rəqabət aparmağa çalışır.

Xatırladaq ki, mayın 26-da “Amazon”un qurucusu Ceff Bezosun CEO vəzifəsindən ayrılacağı məlum olub. 2021-ci ilin üçüncü rübündə onun yerini şirkətin “Web Services” bölməsinin rəhbəri Endi Cessinin tutacağı bildirilib.

Son xəbərlər
Digər xəbərlər