10. Danimarka, Kopenhagen
Danimarkanın paytaxtı daim dünyanın ən bahalı şəhərlərinin siyahısında olur. 2014-cü ildə isə bu şəhərdə ucuzlaşma müşahidə olunub. 2013-ci ildə Kopenhagen analoji reytinqdə beşinci yer tuturdu.
9. Yaponiya, Tokio
Yenin məzənnəsi aşağı düşdüyü üçün Tokio həmçinin öz mövqeyilərini itirib. Keçən il Tokio anoloji reytinqə başçılıq edirdi. Buna baxmayaraq, Yaponiyanın paytaxtı ən bahalı şəhərlərdən biri olaraq qalmağa davam edir. Burada yeməyə ən yüksək qiymətlər müşahidə olunur. Belə ki, bir kiloqramlıq çörəyin orta qiyməti 7,12 dollar təşkil edir!
8. Avstraliya, Melburn
Melburnda bir mənzilini carə haqqı 2 min dollar, kino seyretmənin qiyməti 15 dollar təşkil edir.
Bahalılığına görə Avstraliya şəhərləri arasında Melburnancaq Sidneydən geri qalır. Melburn həmçinin yaşayış üçün dünyada ən rahat yerlərdən biri hesab edilir.
7. İsveçrə, Cenevrə
Cenevrədə ərzağın qiyməti o qədər yüksəkdir ki, yerli əhali gündəlik ərzaq ehtiyyaclarını ödəmək üçün qonşu Fransaya gedirlər.
6. Venesuella, Karakas
Bir çoxları üçün bu məlumat gözlənilməz olsa da, Karakas həm Cənubi, həm də Şimali Amerikanın ən bahalı şəhəridir. Son illərdə, ağır maliyyə böhranı ilə əlaqədar ölkədə güclü inflyasiya yaşanmışdı. Bugünkü gündə Venesuellada bir kiloqram çörəyin qiyməti 9 dollar təşkil edir. Təəccübləsi bundadır ki, Venesuella əhalisinin orta əmək haqqları ayda 700 dollar təşkil edir.
5. Avstraliya, Sidney
Sidneydə ictimai nəqliyyatda gediş haqqı 4 dollar, bir kiloqram çörəyin qiyməti isə 3,40 dollar təşkil edir. Genəşli Sidneydə həyat gözəl olduğu qədər bahadır da.
4. İsveçrə, Sürix
Sürix şəhərinin sakinləri çox qazanır və çox xərcləyirlər. Məslən, burada bir qutu yumurtanın (12 yumurta) qiyməti 5 avro, soyuqdəyməyə qarşı ən adi dərmanın qiyməti isə 12 avro təşkil edir.
3. Norveç, Oslo
Söhbət istirahət və əyləncələrdən getdikdə Oslo bir sıra avropa şəhərləri kimi olduqca bahalı bir şəhərdir. Məsələn, burada muzeyə giriş haqqı 15 dollar, bir kinoya tamaşa etmək haqqı isə 20 dollar təşkil edir.
Həmçinin, burada ictimai nəqliyyat çox bahadır. Bir istiqamətə gediş 5 dollardır.
2. Fransa, Paris
Dünyanın ən məşhur turistik şəhəri olan Paris ən bahalı şəhərlərin reytinqində ikinci yeri tutur.
1. Sinqapur
Bu il ən bahalı şəhərlər reytinqinə Sinqapur başçılıq edir. Məsələ burada inkişaf səviyyəsinin və əmək haqqlarının yüksək olmasında deyil. Sinqapurun bu qədər bahalı olmasının səbəbi burada təbii sərvətlərin az olmasındadır. Enerji, su, yanacaq və s.
Sinqapura digər ölkələrdən idxal olunur və buna müvafiq olaraq, burada məişət xərcləri çox bahadır.